Yuxarı

Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video

Ermənistan siyasi rəhbərliyi sülh sazişinin bağlanmasını ən az bizim qədər istəyir. Aylardır, necə deyərlər, bunun üçün az qala yalvarırdılar.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-yə politoloq Qabil Hüseynli deyib.

O, sülh sazişinin bütün müddəalarının razılaşdırıldıqdan sonra Ermənistan tərəfinin Rusiya, İran və Fransa prezidentinə bu barədə məlumat verməsinə diqqət çəkib:

“Ölkə televiziyaları da əsl bayram əhval-ruhiyyəsinin bundan sonra başlayacağını bəyan elədilər, müharibənin sülh sazişi imzalandıqdan sonra bitəcəyini, əmin-amanlıq içində yaşaya biləcəklərini açıqladılar. Həqiqətən də belədir, sülh sazişi imzalanarsa, sərhədlərin delimitasiya prosesi başa çatarsa, iki ölkə arasında həll olunmamış məsələ qalmayacaq. Nəhayət, ermənilər gördülər ki, bu işin bir yolu var - sülhü imzalamaq, Azərbaycanla normal münasibətlər qurmaq... Bu münasibətlərin bir qolu Azərbaycandırsa, digər qolu nəhəng Türkiyədir. Bütün bunları həyata keçirəndən sonra Türkiyə ilə Azərbaycan arasında ortaq nöqtədə yerləşən Ermənistan sözsüz ki, dünyaya açılacaq”.

O, sülh sazişinin imzalanması ilə bütün kommunikasiya vasitələrinin açılacağına diqqət çəkib:

“Zəngəzur dəmiryolu, Gümrüdən Qars istiqamətində olan dəmiryolu və s. - hamısı açılır. Qarsa gedən dəmiryol Bakı-Tiflis-Qars dəmir yolu ilə birləşərək Türkiyə vasitəsilə Avropaya çıxır. Zəngəzur dəmiryolu işə düşəndən sonra onun bir qolu Naxçıvana, digər qolu İrəvana gedir. Beləliklə İrəvan həm də Rusiya ilə dəmiryol əlaqələrini bərpa etmiş olur. Ona görə də bu məsələlərin nizama salınması Ermənistan üçün bizdən daha çox xeyirlidir”.

Sülh sazişinin gündəmdə olduğu bir vaxtda ermənilər nə üçün sərhəddə ardıcıl təxribat törətməyə davam edirlər? Ermənistan Azərbaycanı müharibəyə təhrik etmək istəyirmi? İki ölkə arasında gərginlik yaşanması gözlənilirmi?

Daha ətraflı politoloq Qabil Hüseynli və hərbi ekspert Səxavət Məmmədin Axar TV-yə müsahibəsində:

Tarix
2025.03.17 / 21:30
Müəllif
Aytac Araz
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla