Yuxarı

Qəzaya düşən polis rəisindən xəbər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibar Abduyevin səhhəti qənaətbəxşdir. Yol-nəqliyyat hadisəsi zamanı ciddi bədən xəsarətləri almayıb.

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Göyçay rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə danışarkən deyib.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edən "Hunday İX 35" markalı 90 AP 579 dövlət qeydiyyat nişanlı minik maşınını idarə edən E.Abduyev idarəetməni itirərək yoldan çıxıb. Hadisə zamanı E.Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Hadisəyə səbəb isə magistral yolda maşının önünə iribuynuzlu mal-qaranın çıxması olub.

E.Abduyev Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-ə rəis təyin edilib.

Tarix
2016.05.27 / 17:19
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla