Yuxarı

İrandan PUA ilə narkotik keçirdilər: DSX-dən əməliyyat - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan PUA ilə narkotik keçirdilər: DSX-dən əməliyyat - Video

İrandan Azərbaycana pilotsuz uçuş aparatı ilə (PUA) atılmış narkotiki götürmək istəyən şəxslər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

"Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü İlqar Nuhbala oğlu Qurbanov və 1985-ci il təvəllüdlü Nemət Mollağa oğlu Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər", - məlumatda qeyd olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.03.24 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla