Yuxarı

Pulsuz vulkan “qorunmaq üçün” bağlandı: Pullu açıqdır…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulsuz vulkan “qorunmaq üçün” bağlandı: Pullu açıqdır…

Xəbər verdiyimiz kimi, Turizm Agentliyi tərəfindən yaradılmış Palçıq Vulkanları Turizm Kompleksindən kənarda olan vulkanlara gediş qadağan olunub. Kompleksdən kənarda olan vulkanların özünübərpası üçün belə bir addımın atıldığı deyilsə də, bu müddətin nə qədər davam edəcəyi marağa səbəb olub.

Mövzu ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mətbuat katibi Rufik İsmayılov bildirib ki, vulkan təbiət hadisəsi olduğu üçün onun özünübərpa prosesinin nə zaman yekunlaşacağını söyləmək çətindir.

“Bu müvəqqəti xarakter daşıyır. Amma bunun nə qədər müddət davam edəcəyini söyləmək indi çətindir. Mütəxəssislərin rəyi nəzərə alınaraq, sözügedən əraziyə giriş müvəqqəti dayandırılıb. Özünübərpa prosesi tamamlanandan sonra mütəxəssislərin rəyi əsasında nə qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - o əlavə edib.

Qeyd edək ki, Qobustan rayon sakinləri kompleksə daxil olan vulkan ərazilərinə girişin 15 AZN olması səbəbindən ziyarətçilərin əsasən kənar vulkanlara səfərə üstünlük verdiyini, Turizm Agentliyinin isə öz maraqlarını təmin etmək məqsədi ilə bu ərazilərə gedişi qadağan etdiyini iddia edib.

Maraqlıdır ki, kompleksdən kənardakı vulkanlara “özünübərpa” üçün giriş məhdudiyyəti qoyulsa da, kompeksin əhatə etdiyi vulkanla bağlı belə qərar verilməyib.

Tarix
2025.04.08 / 22:29
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla