Yuxarı

Quntis Puyats Azərbaycanda səfərdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quntis Puyats Azərbaycanda səfərdədir

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

DSX-dən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində 8 aprel tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb, 2023-cü və 2024-cü illərdə Azərbaycan və Latviyanın sərhəd mühafizə qurumları rəhbərlərinin qarşılıqlı səfərlərinin birgə əməkdaşlıq fəaliyyətlərinin uğurla inkişafına töhfə verməsi qeyd olunub.

Müzakirə zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərində, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi, müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılqılı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə ediblər.

Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin müvafiq struktur qurumları ilə tanış olunublar.

Tarix
2025.04.09 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla