Yuxarı

Minalar təmizləndi, bu ərazi Azərbaycana verilir: 4 gün qaldı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minalar təmizləndi, bu ərazi Azərbaycana verilir: 4 gün qaldı?

Tavuş vilayətinin yuxarı hissəsindəki mövqelərimiz hələ də eyni yerdədir, lakin təhvil-təslim prosesinə başlamaq üçün minalardan təmizləmə işlərinin tamamlanmasını gözləyirlər.

Axar.az xəbər verir ki, bu sözləri “Pastinfo”ya Tavuş vilayətinin Açarkut icmasının sabiq üzvü Karen Qazaryan deyib.

Onun sözlərinə görə, hazırda Yuxarı Əskiparada minatəmizləmə işləri davam etdirilir, ancaq kifayət qədər böyük ərazidə, o cümlədən Açarkut icmasında minalardan təmizləmə işləri artıq başa çatıb.

“Onlar yolun Barxudarlu, Şorşulu adlanan hissəsi var, ora çatıblar, bundan sonra təhvil-təslim prosesi başlayacaq. Mən, təbii ki, onların dediklərini burada deyirəm, çünki demarkasiyanın təfərrüatına bələd olan adamlar daha ətraflı məlumat yaymırlar, amma aydındır ki, onlar Yuxarı Əskiparanın veriləcəyini artıq bilirlər. Bundan sonra Tavuşun Əskipara icması və Lori bölgəsinin yuxarı hissəsi sərhəd bölgələrinə çevriləcək, Açarkut kəndi isə üç tərəfdən mühasirəyə alınacaq”.

Qazaryan bildirib ki, “düşmən Ermənistan-Gürcüstan magistralının əhəmiyyətli, təxminən 70 km-lik hissəsinə, eləcə də Kirantsda 2-3 km-lik əraziyə nəzarət edəcək” və bura artıq Azərbaycan ərazisidir.

Qeyd edək ki, Qazaryan bundan öncə 15 apreldə demarkasiya prosesinin başlayacağını bildirmişdi.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında demarkasiya prosesi 2024-cü ilin aprel ayından başlayıb və 19 aprel 2024-cü ildə Qazax rayonunun 4 kəndi (Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı) işğaldan azad olunub, aprelin 23-də isə Tavuşda ilk sərhəd dirəyi quraşdırılıb.

2025-ci il yanvarın 16-da isə demarkasiya və delimitasiya komissiyaları prosesin Gürcüstan sərhədindən İrana qədər davam etdirilməsi barədə razılığa gəliblər.

Hazırda Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndi hələ də işğaldadır.

Tarix
2025.04.11 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyms Vensi Bakı səfəri zamanı kim müşayiət edəcək?

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla