Yuxarı

“Bank of Baku” ən aşağı nizamnamə kapitalına malikdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bank of Baku” ən aşağı nizamnamə kapitalına malikdir

“Bank of Baku” ASC bu ilin birinci rübündə ən az nizamnamə kapitalına malik bank olub. Bankın nizamnamə kapitalı 52,9 milyon manat təşkil edib ki, bu da banklar arasında rüb ərzində qeydə alınan ən aşağı göstərici olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, nizamnamə kapitalının az olmasına görə "Bank of Baku"nu "Yapı Kredi Bank Azərbaycan" QSC izləyib. Bu bankın nizamnamə kapitalı 55,4 milyon manat həcmində olub ki, bu da ikinci ən aşağı göstərici olaraq qeydə alınıb.

Kapital həcmi aşağı olan digər banklar arasında "Azərbaycan Sənaye Bankı” da yer alıb. Bankın rüb ərzində nizamnamə kapitalı 60 milyon manat təşkil edib. "Ziraat Bank Azərbaycan" ASC isə 65,5 milyon manat kapitalla dördüncü sırada qərarlaşıb. "AFB bank" ASC 70,4 milyon manatlıq kapitalı ilə bu siyahıda 5-cidir.

Xatırladaq ki, rüb ərzində ən çox nizamnamə kapitalına malik bank "Azərbaycan Beynəlxalq Bank" ASC olub – 1 milyard 281,3 milyon manat.

Onu da bildirək ki, "Azər Türk Bank" ASC istisna olmaqla, 2024-cü ilin son rübündən bu yana digər bankların nizamnamə kapitallarında dinamika müşahidə edilməyib. "Azər Türk Bank" ASC-nin isə nizamnamə kapitalının həcmi birinci rübdə 29 milyon artaraq 79 milyon manat həcmində olub.

Tarix
2025.04.21 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar bu qərarların icrası üçün bir addım belə atmayıblar

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla