Yuxarı

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az təbrikin mətnini təqdim edir:

"Cənab Prezident, əziz qardaşım.

Sizi ad gününüz münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, rifah və ailənizlə birlikdə uzun ömür arzulayıram.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional və beynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluq və qürur mənbəyidir.

Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətən müharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinin davamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir daha vurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun inkişafına xidmət edəcək.

Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi ilə hər gün daha da güclənir.

Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və hər sahədə nümayiş etdirdiyimiz yüksək səviyyəli əməkdaşlıq sayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgə layihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuz birmənalıdır.

Əziz qardaşım, Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edir, fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı çatdırıram".

Tarix
2025.12.24 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla