Yuxarı

Bakıda Din Xadimlərinin II Forumu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Din Xadimlərinin II Forumu keçirildi

10:19

Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.

Axar.az xəbər verir ki, "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunmuş 400-ə yaxın din xadimi, media nümayəndləri, müəllimlər və qonaqlar iştirak ediblər.

Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələr aparılıb.

Tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Sonda Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Tarix
2025.12.24 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla