Yuxarı

Ukrayna ordusu Rusiyada strateji yerləri vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu Rusiyada strateji yerləri vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən kauçuk zavoduna, Krımda pilotsuz katerlərin saxlanma yerlərinə, Luqansk vilayətində sursat anbarına, hava hücumundan müdafiə obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, zərbəyə məruz qalmış Yefremov sintetik kauçuk zavodunun məhsulları plastik partlayıcı maddələr və bərk raket yanacağı istehsalında istifadə olunur. Zərbə nəticəsində zavodda güclü yanğın başlayıb.

Səhər saatlarında Rusiyanın Saratov şəhəri yaxınlığında yerləşən neftayırma zavodunun da dron hücumuna məruz qaldığı haqda məlumat yayılıb.

Zərbə nəticəsində zavod ərazisində güclü yanğının görüntüləri sosial mediada yayımlanıb.

Tarix
2025.12.24 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Musayev Ermənistanda dindirildi

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla