Yuxarı

Səyyahların Ağdam şəhərinə səfəri başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səyyahların Ağdam şəhərinə səfəri başladı

“NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.

Axar.az xəbər verir ki, səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb

İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.

Bildirilib ki, etnik təmizləmə ilə yanaşı, ərazidəki tarixi-mədəni abidələrin də məhv edilməsi Ermənistanın işğalçılıq siyasətinin əsasını təşkil edib. Odur ki, yalnız tarixi məkanlar deyil, məzarlıqlar da dağıdılıb, qəbirlərdəki qalıqlar çıxarılaraq yox edilib.

“NomadMania” səyyah klubunun üzvləri Ağdam şəhərindəki "Çörək muzeyi" ilə də tanış olublar. Muzeyin tarixi və burada 2 min 800 eksponatın sərgilənməsi barədə qonaqlara ətraflı məlumat verilib.

Ağdam şəhərini gəzən səyyahlar işğaldan azad edildikdən sonra ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, həmçinin burada geniş yenidənqurma işlərinin aparılması barədə də məlumatlandırılıblar. Ağdamın işğaldan sonra yenidən qurulan bir sıra kəndlərinə sakinlərin köçürülməsinə başlanıldığı da qonaqların diqqətinə çatdırılıb.

Tarix
2025.04.24 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla