Yuxarı

Ermənistana keçən qadının görüntüləri yayıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Ermənistan tərəfə keçən Qətibə Ələkbərovanın fotolarını əldə etmişik.

Onun valideynləri ANS-ə görüntülərini və ruhi xəstə olması barədə sənədi təqdim edərək açıqlama da veriblər. Anası Kübra Ələkbərova açıqlamasında bildirib ki, qızı bundan əvvəl də bir neçə dəfə evdən qaçıb:

"Onu dəfələrlə ruhi xəstəliyinə görə müalicə etdirmişdik və daim nəzarətdə saxlayırdıq. Sonuncu dəfə ayın 5-də gecə saatlarında evdən qaçıb və geri qayıtmayıb. Qətibə hər gün dərman atmasa, yaşaya bilməz. Qızım Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasında müalicə edilirdi. Elə həmin gün də evdən Qazaxa - xəstəxanaya getmək adı ilə çıxıb və ondan sonra yox olub. Hələ də Ermənistana keçən şəxsin mənim qızım olduğunu dəqiq bilmirik. Sadəcə mətbuatın açıqladığı parametrlər həmin şəxsin Qətibə olması şübhəsini yaradır. İndi hər kəsi düşündürən onun sərhədi necə keçməsidir".

Kübra Ələkbərova deyir ki, qızına görə çox narahatdır: "Qətibə xəstədir. Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsin".

1977-ci il təvəllüdlü Qətibə İbrahim qızı Ələkbərovanın yaşadığı Gədəbəy rayonu, Arabacı kəndinin icra nümayəndəsi Habil Qasımov da bildirib ki, ruhi xəstə olan qadın kənddə ailəsi ilə birgə yaşayıb:

"Onlar ailədə 4 nəfərdir: Qətibə, onun anası, qardaşı və qardaşının həyat yoldaşı. Qadının bir qardaşının da psixoloji problemləri var idi. Bir müddət əvvəl o, dünyasını dəyişib. Qətibə özü isə ruhi xəstə olduğu üçün 2013-cü ildən 2015-ci ilə qədər ruhi əsəb dispanserində müalicə olunub. Bir ildir ki, xəstəxanadan çıxmışdı. Həmin xəstəxanadan ruhi xəstə olmasına dair sənədi də var. Evdə dərmanlar qəbul edirdi. İyunun 5-də ailə üzvləri 39 yaşlı qadının yoxa çıxması barədə məlumat verdilər. O gündən hər kəs onu axtarırdı".

İcra nümayəndəsi onu da bildirib ki, Qətibə Ələkbərova bir dəfə ailəli olub, ancaq övladı yoxdur. Qadın boşanaraq ata evinə qayıtmışdı.

Tarix
2016.06.09 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Birbaşa sülh danışıqları Cənubi Qafqazda... - Bayramov

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla