Yuxarı

ƏHD Partiyası hökumətə çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib.

ƏHD Partiyası mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müzakirələrdən sonra İdarə Heyəti Bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"OPEK+ ölkələrinin 3 may tarixində, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması barədə qəbul etdiyi qərar neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub.

İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa, tam olaraq yerinə yetirməyə çağırır.

ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır. Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir. Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar.

ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq.

ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır".

Tarix
2025.05.05 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - Foto

Müəmma: Bəs, Badamov 10 gün öncə Dağıstana necə gedib?

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

Badamovla Rusiyaya gedənlər Heydər Əliyev parkında - Foto

Məhkəmədə Laçının işğalı ilə bağlı video nümayiş etdirildi

Azərbaycan və Belarus arasında sənədlər imzalandı

Əli Əsədovla Aleksandr Turçin arasında görüş keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla