Yuxarı

Moskvada 9 May paradında iştirak edəcək hərbçilərimiz - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev mayın 5-də 9 May Qələbə paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə görüşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, səfir azərbaycanlı hərbçilərin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirakını həmin savaşda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə ehtiram kimi qiymətləndirib.

Səfir çıxışında Azərbaycan hərbçilərinin bu mühüm beynəlxalq tədbirdə ölkəni layiqincə təmsil edəcəklərinə inamını bildirib:

"İkinci Dünya müharibəsi və Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də milli yaddaşın əsas sütunlarındandır".

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən də danışan diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik göstərərək ölkənin işğal altındakı ərazilərini azad edib.

R.Mustafayev qeyd edib ki, Azərbaycan öz balanslaşdırılmış xarici siyasəti ilə regionda sabitliyə mühüm töhfə verir:

"Biz bütün qonşularımızla, o cümlədən Rusiya ilə dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlıq edirik. Rusiya Azərbaycan üçün müttəfiq dövlətdir və bu gün dünyanın dəyişdiyi bir vaxtda belə əlaqələrin əhəmiyyəti daha da artır".

Səfir hərbi qulluqçulara müraciət edib:

"9 Mayda Qızıl Meydanda Azərbaycan bayrağını aparmaq sizə nəsib olub. Bu, təkcə parad deyil, bizim tariximizi, müstəqilliyimizi və qələbəmizi bütün dünyaya göstərmək fürsətidir. Hərbçilərimiz ilk dəfə Qızıl meydanda ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanı təmsil edəcəklər".

Görüş çərçivəsində çıxış edən səfirliyin hərbi attaşesi Kənan Təhməzov isə vurğulayıb ki, ölkənin müstəqilliyinin qarantı güclü silahlı qüvvələridir.

"Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. 2016-cı ilin Aprel döyüşlərindən başlayan döyüş yolumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə davam etdi və 2023-cü ildə Qarabağ məsələsinə son nöqtə qoyuldu. Bu gün siz Qələbə Ordusunun təmsilçiləri kimi Moskvadasınız", - deyə o bildirib.

Hərbi attaşe qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirir.

Tarix
2025.05.05 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Con Ardilli qəbul etdi

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident Olivye Le Peşi qəbul etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində... - Foto

İlham Əliyev Pakistanın neft nazirini qəbul etdi

Sabah Bakıda mühüm konfrans baş tutacaq

Prezident Məhəmməd Əbunəyyanı qəbul etdi

İlham Əliyev türkiyəli naziri qəbul etdi - Foto

Rusiyanın nüvə gücünə zərbə endirildi: Kiyevin planı nədir?

Türkiyə və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla