Yuxarı

Bu türk ölkəsindən pomidor idxalına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

Tarix
2025.05.06 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Ukrayna ordusunda vuruşmuş azərbaycanlıya hökm oxundu

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

BQXK-nın Bakı nümayəndəliyi Azərbaycanı tərk edir

Belarusun baş naziri Füzulidə… - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla