Yuxarı

Moskvadakı paradda iştirak edəcək ölkələr - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvadakı paradda iştirak edəcək ölkələr - Siyahı

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlrinə görə, KXDR 9 May Qələbə Paradında səfir səviyyəsində təmsil olunacaq:

"Mayın 8-də axşam Kremldə xarici nümayəndə heyətlərinin başçıları üçün böyük ziyafət keçiriləcək. Biz çoxsaylı xarici qonaq dəvət etmişik. Gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək".

Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.

Uşakov Prezident Putinin Moskvaya gələcək xarici ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlərinin keçiriləcəyini də söyləyib. Qeyd edib ki, Rusiya lideri Çin, Özbəkistan, Serbiya, Slovakiya, Konqo, Monqolustan, Vyetnam və Kuba liderləri ilə ikitərəfli danışıqlar aparacaq.

Tarix
2025.05.06 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla