Yuxarı

"Kubinka"da söküntü işlərinin qarşısı alındı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kubinka"da söküntü işlərinin qarşısı alındı - Rəsmi

Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakıda Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində “Vialon” şirkətinə ayrılmış əraziyə idarə tərəfindən bu günədək bir neçə dəfə yerində baxış keçirilib:

Aparılan yoxlamalar zamanı sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib və bu hallar aidiyyəti qurumlarla birgə dayandırılıb.

Lakin oxşar qanun pozuntusu təkrarlandığı üçün mayın 7-də əraziyə yenidən baxış keçirilib və vətəndaşlarla razılaşdırılmadan, mövcud qanunvericiliyin tələblərinə zidd şəkildə işlərin yenidən davam etdirildiyi aşkar olunub. Bununla əlaqədar olaraq Baş İdarə tərəfindən “Vialon” şirkətinə rəsmi xəbərdarlıq edilib, həmçinin aidiyyəti dövlət qurumları, Nəsimi rayon İcra Hakimiyyəti məlumatlandırmaqla qanunsuz işlərin qarşısı alınıb".

Qeyd edək ki, bu gün mediada “Kubinka”da “Vialon” MMC sakinlərlə razılaşmadan söküntü işləri aparması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildiriblər ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradıb. Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi olmayıb.

Tarix
2025.05.07 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən WUF13 ilə bağlı - Videoçarx

Bu gün Ukrayna üçün tarixi gündür - Kuleba

Azərbaycanla imzalanan sənədlər bizim üçün mühümdür

“Vindzor Kral Atçılıq Şousu - 2026” uğurla başa çatdı

Bakı-Tiflis-Qars dəmir yolu ilə bağlı bu qərar təsdiqləndi

Azərbaycanın təcrübəsindən faydalanacağıq - Nazir

Szinpin WUF13-ün işinə uğurlar arzuladı

İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Video

Kobaxidze Azərbaycana təşəkkür etdi

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla