Yuxarı

Meriyadan pullu çimərliklərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bakıda bəzi çimərlik ərazilərinin ödənişli olmasına münasibət bildirib.

BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya açıqlamasında bildirib ki, əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi birmənalı olaraq pulsuzdur:

"Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb. "Şıx" çimərliyinin ödənişli olmasında isə məsələ dənizə giriş deyil. Orda xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq".

Ə.Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb:

"Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri isə Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir".

Tarix
2016.06.11 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla