Yuxarı

Əli Abbasovun kartof sahəsindən oğurluq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda kartof sahəsindən oğurluq edilib.

Trend xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində Əli Abbasova məxsus kartof təsərrüfatında qeydə alınıb.

Axşam saatlarında naməlum şəxslər məhsul yığılmamış sahədən xeyli miqdarda kartof yığaraq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan səhər saatlarında xəbər tutub.

Zərərçəkənin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazisindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılması oğruların bir yox, bir neçə şəxs olduğunu deməyə əsas verir.

Ə.Abbasov bildirib ki, onun sahəsinə yaxın ərazilərdən dəfələrlə quyulardakı su nasosları, sahələrin suvarılması üçün istifadə olunan su boruları naməlum şəxlər tərəfindən oğurlanıb:

"Qonşu mənə zəng vurdu ki, sənin yerinin kartofunu aparıblar. İnanmadım, elə bildim zarafat edir. Gəldim sahəmə baxdım, gördüm həqiqətən də yer dağılıb. 5-6 nəfər olublar. Uşaq və böyük adamın ayaq izləri var".

Artıq faktla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hadisə ilə bağlı hələlik saxlanılan olmasa da araşdırma aparılır.

Tarix
2016.06.16 / 15:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla