Yuxarı

Şəhidlər məscidinin sahibi dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidlər məscidinin sahibi dəyişdi

Şəhidlər məscidi bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq.

ANS-in məlumatına görə, məscid daha Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən idarə olunmayacaq. Bu barədə Dini qurumlarla İş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib. Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən komitə sədri qeyd edib ki, məscid açıqdır və ora gələnlər protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdilər.

"Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. Şəhidlər məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq dini ayinləri icra etmək üçün Qafqaz Müsləmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb",- deyə Mübariz Qurbanlı vurğulayıb.

Məscid təmir işləri səbəbindən hələ ki, kütləvi ibadətə açıq deyil. Amma fəaliyyəti bərpa olunduğu gündən bura gələnlərin ardı arası kəsilmir və məscidin statusu ilə bağlı qərar onların ibadətinə heç bir halda təsir göstərmir.

Məscid hər gün saat 9-dan 6-ya kimi açıqdır. Şəhidlər məscidi 1996-cı ildə Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilib istifadəyə verilib. Məscid 12 il fəaliyyət göstərdikdən sonra 2008-ci ildə təmirə bağlanmışdı.

Tarix
2016.06.18 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla