Yuxarı

Suya düşübsə, niyə ayağı kəsilir, gözü çıxır? - Kriminalist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suya düşübsə, niyə ayağı kəsilir, gözü çıxır? - Kriminalist

Xəbər verdiyimiz kimi, iyunun 1-də içkili vəziyyətdə kanala düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında 11 gündən sonra tapılıb. Meyitin tapılanda gözlərinin olmadığı, ayağının isə kəsildiyi bildirilir. Suda olan meyitin bu hala düşməsi isə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Axar.az-a danışan kriminalist Şəmsəddin Əliyev bildirib ki, ehtimalları şəxsin suda qalma müddətindən asılı olaraq irəli sürmək olar.

“Ölən şəxs suya düşərkən su səthində olan əşyaya və ya suyun dibində metala dəyə bilər. Həmçinin suda müəyyən müddət ərzində qalan şəxsin meyiti deformasiyaya uğraya, hətta suda yaşayan canlılar onun gözünü dəlib-deşə bilər.

Əlbəttə, müstəntiq də ilk növbədə bu sualları qoyur: 10 gün ərzində şəxsin meyiti bu formada deformasiyaya uğraya bilərmi? Bəzi hallarda ekspertin verdiyi rəy prokuror və müstəntiqin şübhəsini aradan qaldırmır və əlavə ekspertiza təyin edilir. Yəni müstəntiq tam təfərrüatı öyrənib, yekun qərar çıxarır. Biz isə ilkin məlumat əsasında ehtimal irəli sürə bilərik.

Ehtimal odur ki, gənc suya yıxılarkən hansısa iti əşyaya dəydiyi üçün meyit zədələnib. Ancaq ayağın kəsilməsi halında cinayət ehtimalı da istisna edilməməlidir.

Bütün hallarda ölümlə bağlı cinayət işi açılır və bu ehtimallar hamısı araşdırılacaq. Yalnız cinayət əməli təsdiqlənmədiyi halda işə xitam veriləcək”, - o vurğulayıb.

Tarix
2025.06.12 / 16:10
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla