Yuxarı

Xaçmazda qəza: ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda qəza: ölən və yaralanan var

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib.

ANS-in verdiyi məlumata görə, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. Xudat istiqamətində hərəkətdə olan və Şəmkir rayon sakini 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes" yolun əks hərəkətli hissəsinə çıxıb.

Nəticədə qarşıdan gələn və 26 yaşlı Toğrul Məhərrəmov tərəfindən idarə olunan "Priora" ilə toqquşub. Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T. Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Əzilmiş "Mercedes"dən yaralı sürücünü qəzaya şahid olmuş sakinlər çıxarıblar.

Qəzanın təfərrüatları araşdırılır.

Tarix
2016.06.22 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla