Yuxarı

Qubada ağır qəza: iki bacı öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada ağır qəza: iki bacı öldü

21:07

Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.

Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.

***

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

Məlumat görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hunday" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarova hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.06.22 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla