Yuxarı

Azərbaycanda dronlara qadağa qoyulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məsafədən idarə olunan uçan aparatların (dronların) əldə edilməsinə və istifadəsinə məhdudiyyət qoyulub. Buna əməl etməyənlər üçün isə cinayət məsuliyyəti də müəyyən edilib.

Fins.az-ın məlumatına görə, bu "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. Yuxarıda adı çəkilən qanunda dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına məsafədən idarə edilən pilotsuz uçan aparatlar da əlavə edilib (siyahıda 18-ci olub). Başqa sözlə, qanunvericiliyə edilmiş əlavəyə əsasən, həmin aparatların əldə edilməsinə yalnız xüsusi icazə əsasında yol verilə bilər.

Hüquqşünas Asif Abdullayev bununla bağlı qanunvericiliyə edilən dəyişiklikləri sayta şərh edərək bildirib ki, sözügedən aparatlarlarla bağlı xüsusi icazəni Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) verəcək. Xüsusi icazə almış şəxs, aparatdan yalnız özü istifadə edə bilər, onu başqa şəxsə verə bilməz.

Qeyd edək ki, məsafədən idarə edilən aparatlarla bağlı yeni əlavələr Cinayət Məcəlləsinin 156-cı maddəsinə də edilib.

Belə ki, uçan aparatlardan istifadə etməklə kiminsə şəxsi və ailə həyatının sirri olan məlumatların əldə edilməsinə, yayılmasına, satılmasına və qanunsuz toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilib. Bu hərəkətlərə yol vermiş şəxs 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər. Qeyd edilən aparatların gömrük sərhəddindən keçirilməsi üçün xüsusi icazə təqdim edilməlidir, əks halda həmin aparatlar sərhəddən buraxılmayacaq.

Gömrük Məcəlləsinin tələbinə əsasən, xüsusi icazə ilə əldə edilə bilən əşyaların siyahısı gömrük keçid məntəqəsinin hamıya yaxşı görünən yerində mütləq yerləşdirilməlidir ki, vətəndaş xaricdən bu cür əşya alıb gətirərəkən gömrükdə xoşagəlməz halla rastlaşmasın.
"Məlumat üçün qeyd edim ki, pilotsuz uçan aparatlar (Dron) bəzi ölkələrdə qadağan edilib, bəzilərində isə sərbəst istifadə edilir (hətta yemək sifarişlərinin çatdırılması üçün)",-deyə hüquqşünas bildirib.

Tarix
2016.06.26 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Slovakiyanın baş naziri ilə görüşü başladı

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla