Yuxarı

Marketlər reklamını bizə pulla satır: Qanunsuzdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketlər reklamını bizə pulla satır: Qanunsuzdur

Marketlərin plastik torbalar üzərində loqolar yerləşdirməsi reklam baxımından effektsiz və simvolik xarakter daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib.

“Sadə sual: Siz heç marketin loqosunu torbanın üzərində görüb, məhz buna görə həmin marketdən alış-veriş etmisinizmi? Təbii ki, yox. Bu cür reklam sadəcə görüntü naminə edilir, real təsiri yoxdur.

Hüquqi cəhətdən isə üzərində reklam olan torbanın pulla satılması həm istehlakçı hüquqlarını pozur, həm də “Reklam haqqında” qanunun prinsiplərinə uyğun gəlmir. Əgər bir torba reklam daşıyıcısıdırsa, o zaman istehlakçıya pulsuz təqdim olunmalıdır. Reklam olan vasitənin satılması həm etik, həm də hüquqi baxımdan suallar doğurur.

Beynəlxalq təcrübədə reklam daşıyıcısı olan məhsullar — qəzet, jurnal, broşür, çanta və s. — ya pulsuz paylanır, ya da reklamdan gəlir sosial məqsədlərə yönəldilir. Azərbaycanda isə marketlər bu praktikadan sui-istifadə edirlər. Marketlər həm reklam yerləşdirir, həm də bu torbanı istehlakçıya pulla satır. Bu isə nə qanunvericiliyə uyğundur, nə də ədalətlidir. İstehlakçılar hüquqi yolla bu hallara qarşı çıxıb təzminat tələb edə bilər, lakin bunun üçün mövcud mexanizmlər çox mürəkkəb və vaxt aparıcıdır”, - o bildirib.

Tarix
2025.07.04 / 12:53
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla