Yuxarı

Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında istintaqı aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Axar.az xəbər verir ki, istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Gülcan İlham qızı Allahverdiyevanın ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu vəzifəsində işləyən Zülfüyyə Hüseyn qızı Ağayevanın vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərmiş, hamiləyə antenatal xidməti tam həcmdə aparmamış, nəticədə, hamilə qadın "Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı"ndan ölüməsinə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Zülfüyyə Ağayevaya Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.

Tarix
2025.07.14 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Bağçalara müəllimlərin sənəd qəbulu başlayır

Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

Bakı və İrəvan arasında sülh... - Leyen

Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma

Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video

Əliyevlə Paşinyan nədə razılaşdı? - İrəvan söz verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla