Yuxarı

Tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılırmış - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılırmış - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Elat Kəndli-Fermer Təsərrüfatı" MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib.

Axar.az bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı akt və İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə şirkət barədə protokol tərtib edilib.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş qaydalara riayət edilmədən fəaliyyətin həyata keçirildiyini nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün Agentliyə müraciət ediləcək.

Xidmət vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edib.

Tarix
2025.07.14 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə

Bayramov Kallasla görüşdü

Arakçı Azərbaycana gəlir

Bayramov Stiven Dauti ilə görüşdü

Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...

Minsk qrupunu buna görə bağladıq - Valtonen

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla