Yuxarı

Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinə ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Bunu görə hadisə günü zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək onunla mübahisə edib. Rüfət Səfərov bundan sonra onu yaralayıb.

Rüfət Səfərov ittihamı qəbul etməyib, bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. Zərərçəkən qalan 6 sotu istəyib, lakin R.Səfərovun ailəsi onu satmayıb. Natiq İmanquliyevi də ilk dəfə hadisə günü görüb.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.07.14 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Bağçalara müəllimlərin sənəd qəbulu başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla