Yuxarı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

Xəzər dənizinin səviyyəsində son illərdə baş verən dəyişikliklər və regiondakı iqlim prosesləri ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bəziləri Xəzərin quruma təhlükəsi ilə üz-üzə qaldığını iddia etsə də, ekspertlər mövcud vəziyyətin tam əksini göstərdiyini bildirirlər.

Axar.az xəbər verir ki, bu barədə AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Yenisabah.az-a açıqlamasında danışıb. O bildirib ki, Xəzər dənizi 4 milyon kvadrat kilometr ərazidən çayları özündə birləşdirən və olduqca nəhəng bir su hövzəsidir:

“Avrasiyanın ən böyük çayı olan Volqa çayı bu dənizin suyunun təxminən 80 faizini təşkil edir. Bu səbəbdən Xəzərin quruma ehtimalı demək olar ki, sıfıra bərabərdir. Əksinə, son illərdə aparılan müşahidələr və təhlillər göstərir ki, dəniz səviyyəsində yaxın illərdə artım müşahidə oluna bilər.”

Ənvər Əliyevin sözlərinə görə, son dövrlərdə yağıntının həcmi də bu ehtimalı gücləndirir:

“Yağıntının illik göstəricilərinə baxsaq, ən pis halda belə 60-70 faizlik artım qeydə alınıb. Çaylarımızın daşması, su yataqlarımızda həddindən artıq su toplanması kimi hallar artıq hər kəsə bəllidir. Bütün bunlar Xəzər hövzəsinin qidalanma mənbələrinin gücləndiyini və səviyyə artımı ehtimalının getdikcə daha real olduğunu göstərir”.

Coğrafiya İnstitutunun şöbə müdiri əlavə edib ki, müxtəlif mütəxəssislər iqlim dəyişiklikləri və qlobal istiləşmə ilə bağlı fərqli proqnozlar versələr də, hazırkı vəziyyət Xəzərin quruma ehtimalının olmadığını sübut edir:

“Dənizin yaxın illərdə quruma ehtimalı yoxdur. Əksinə, səviyyənin qalxması və sahilboyu ərazilərdə suyun daha da genişlənməsi ehtimalı kifayət qədər güclüdür. Qeyd etmək lazımdır ki, Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir və burada baş verən hər bir dəyişiklik region ölkələri üçün, eləcə də ekoloji və iqtisadi baxımdan olduqca önəmlidir.”

Tarix
2025.07.14 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla