Yuxarı

Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə 5 saata qədər davam edən görüşündə əsas müzakirə mövzularından biri də sərhədin delimitasiyasının davam etdirilməsi idi. Görüşdə hər iki tərəfdən delimitasiya komissiyasının sədrlərinin – Şahin Mustafayev və Mger Qriqoryan – iştirakı bunu təsdiq edir. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı rəsmi açıqlamasında da qeyd edilir ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Son razılaşmalara görə, delimitasiya prosesi şimaldan cənuba doğru mərhələli şəkildə aparılmalı idi. Hazırda prosesin Tavuş istiqamətində davam etdiriləcəyi gözlənilir. Ermənistan mediası isə işlərin dayandığını yazır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Tavuş vilayətinin Açakurt icmasının keçmiş üzvü Karen Qazaryan bu istiqamətdə hər şeyin hazır olduğunu iddia edib.

Onun sözlərinə görə, işlər böyük sürətlə aparılırdı.

“Hətta minatəmizləmə işləri başa çatdırılıb, tikanlı məftillər çəkilib. Noyemberyandan tutmuş Kirantsa qədər hər şey hazırdır. Lakin proses dayanıb. Səbəbləri məlum deyil. Məlumatlara görə, delimitasiya prosesi nəticəsində böyük ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir. Əgər indi bufer zona varsa, delimitasiyadan sonra bu zona olmayacaq və Kirantsda olduğu kimi, yaşayış yerlərinin də bir hissəsi Azərbaycana qaytarılacaq”, - o iddia edib.

Tarix
2025.07.14 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla