Yuxarı

Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində motosiklet sürücülərinə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub.

Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir:

“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”.

Tarix
2026.06.21 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla