Yuxarı

Avtobus nasaz avtomobilin sürücüsünü vurdu - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub. İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar", - məlumatda bildirilib.

Tarix
2025.07.14 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Bağçalara müəllimlərin sənəd qəbulu başlayır

Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

Bakı və İrəvan arasında sülh... - Leyen

Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla