Yuxarı

Azərbaycanın icmal büdcəsində 5 milyard profisit yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın icmal büdcəsində 5 milyard profisit yarandı

Bu ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 357,9 milyon manat, xərcləri isə 19 593,7 milyon manat icra olunub.

Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icmal büdcədə 4 764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3% çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5% çox) olmuşdur.

İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 faiz az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26,0 faiz çox) olmuşdur.

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1253,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7,0 faiz çox), xərcləri 1015,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox) olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427,0 milyon manat və ya 4,6 faiz az), xərcləri 7264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olmuşdur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz az), xərcləri 203,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz çox) olmuşdur.

Tarix
2025.07.22 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla