Yuxarı

“Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir”

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir”

Taleh Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) yaydığı növbəti bəyanatda deyilir ki, Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir.

Yayılmış yazılı açıqlamaya görə, 2-ci Azərbaycan-Xəzər Neft və Qaz Həftəsi (The 2nd Azerbaijan & Caspian Sea Oil and Gas Week 2014 ) bu il 19-21 noyabr arası Bakıdakı "Four Seasons Hotel"də keçiriləcək. Tədbirə Azərbaycanın inkişafda olan neft və qaz sənayesinin aparıcı rəhbər nümayəndələri qatılacaq.

ARDNŞ-i son ziyarətində İsveçrənin AXPO şirkəti Azərbaycanın enerji sektorundakı rolunun əhəmiyyətini vurğulayıb. AXPO Trans Adriatik Qaz kəmərində (TAP) 5 faiz paya sahibdir.

Bakıda keçiriləcək tədbirdə TAP layihəsi də müzakirə olunan əsas mövzular sırasındadır. ARDNŞ-in Türkiyə bölümü, BP, TOTAL və NOCAR kimi şirkətlər tədbirin iştirakçıları arasında olacaq.

Bu il Azərbaycanda həm də "Əsrin Müqaviləsi"nin 20 illiyi qeyd olunacaq. Bu müqavilə Azərbaycan və Xəzər regionunda neft strategiyasının müəyyənləşməsində dönüş nöqtəsi hesab olunur. Hazırda 8 ölkəni təmsil edən 11 nəhəng şirkət bu işə cəlb edilib.

2-ci Azərbaycan və Xəzər Neft və Qaz Həftəsi enerji sektorunda beynəlxalq miqyasda tanınan aparıcı mütəxəssisləri yenidən bir araya gətirəcək. Sammitə Oliver Kinross rəhbərlik edəcək.

Musavat.com

Tarix
2014.08.05 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla