Yuxarı

Heydər Əliyev: "Xoşbəxtlik odur ki..." – Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev: "Xoşbəxtlik odur ki..." – Video

"Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Böyük ömrə verilmiş böyük və unudulmaz qiymətdir. Bəli, Xoşbəxt Yusifzadə xoşbəxt taleli insandır. Xoşbəxtlik banklara, xəzinələrə yerləşmir. Xoşbəxtlik - insanlığın təsdiqidir. Xoşbəxtlik - həyatda mövqeyi olmaq, pozulmaz iz salmaqdır, xoşbəxtlik - səhər işə, axşamlar isə ailəyə tələsmək deməkdir. Nəhayət, xoşbəxtlik həm evdə, həm də bayırda sayılmaq, sevilməkdir. Xoşbəxt Yusifzadə belə xoşbəxt insanlardandır. Xoşbəxt Yusifzadə adı neftçiliyin bir növ sinoniminə çevrilmişdir. İstər dəniz olsun, istərsə quru, Xoşbəxt Yusifzadə zirvəsi hər yerdən görünməkdədir".

Bu sözlər mərhum prezident Heydər Əliyevin Azərbaycan neft və qaz sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadənin 70 illik yubileyində ünvanladığı təbrik məktubundandır.

Xoşbəxt Yusifzadəni yubileyində "İstiqlal" ordeni ilə təltif edən Heydər Əliyevin bu isti münasibəti necə yarandı?

Heydər Əliyev ilə münasibətdə olduqca səmimiliyi ilə seçilən X.Yusifzadənin neft sənayesinin inkişafında böyük xidmətləri olub. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyaca məşhur "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilib.

Bu gün ölkənin dünyaya ixrac etdiyi neft yataqlarının məhz onun kəşfi nəticəsində ortaya çıxdığını nəzərə alsaq, X.Yusifzadənin xidmətlərini aydın görmüş olarıq. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılan bütün işlərdə, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsində, "Əşrəfi" (1998-ci il), "Qarabağ" (1998-ci il), "Şahdəniz" (1999-cu il), "Abşeron" (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin "Ümid" yatağının kəşf edilməsində əvəzsiz rolu olub.

Yusifzadə Xoşbəxt Bağı oğlu tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirərək M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilən Yusifzadə 1958-1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib.

1960-cı ilin sentyabrında Sov.İKP-nin XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş "Gurganneft") rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunan Yusifzadə 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində baş geoloqun müavini – şöbə rəisi, "Dənizneft" İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olub.

1970-1992-cı illərdə "Xəzərdənizneft" Birliyinin, "Xəzərdənizneft" İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye" Birliyinin, "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləyən görkəmli alim 1992-1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Tarix
2015.01.14 / 10:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla