Yuxarı

“Bütöv Azərbaycan” deyən azadlıq carçısı – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bütöv Azərbaycan” deyən azadlıq carçısı – Axar TV

Qüdrətli söz ustası, Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə tanınan Bəxtiyar Vahabzadə artıq 6 ildir ki, aramızda deyil. Mərhum şair cismani olaraq bizimlə olmasa da, onun şeirləri, poemaları, şeirlərinə bəstələnən musiqilər, bir sözlə, bizə yadigar qoyduğu zəngin irsinin yaratdığı xoş ovqat indi də ruhumuzu qanadlandırır.

O, hələ gənc yaşlarından həm poeziya, həm də ədəbiyyatşünaslıq sahəsində öz qələmini sınayıb. Xalqın keçmişini, bu gününü dərindən bilən Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan Milli Azadlıq hərəkatının öncüllərindən biri olub. Rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulan xalq şairi iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini "Gülüstan" poeması ilə dilə gətirib.

Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət edən yetərincə bəstəkar şairin dərin məzmuna malik şeirlərini nota köçürərək möhtəşəm əsərlər ərsəyə gətirib.

Xalq şairi mahnıda musiqi ilə şeirin nisbətindən danışarkən bu sözləri qeyd edib: "Çox halda gözəl musiqisi olan mahnılarımızın mətni son dərəcə zəif olur. Mənasız sözlər yığınından ibarət mətnlər musiqinin təranələri içində itib-batdığından çox zaman sözlərin mənasızlığını hiss etmirik".

Bir dəfə xalq şairinə şeirlərinə yazılan mahnılar arasında "Ən çox sevdiyiniz hansıdır", - sualını verəndə, "Gecələr bulaq başı", - söyləmişdi. Elza İbrahimovanın bəstələdiyi bu mahnı Vahabzadənin o qədər xoşuna gəlirmiş ki, hətta bir dəfə Elza xanıma belə bir sual verir: "Yəni siz mənim şeirlərimi məndən də yaxşı hiss edirsiniz ki, onlara belə gö­zəl musiqilər yaza bilirsiniz? Bu necə olur?" Bəli, onların müəllifi olduğu bu unudulmaz əsər bu günümüzdə də dillər əzbəridir.

Geniş və səmərəli bədii yaradıcılığa malik olan Bəxtiyar Vahabzadə şair, ictimai xadim, həmçinin vətəndaş kimi də ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı olaraq tanınır. Xalq şairi Nəriman Həsənzadə "Bəxtiyar Vahabzadə müasir ədəbi prosesdə xüsusilə fərqlənən, ədəbiyyatın taleyini, nüfuzunu öz vicdanı kimi qoruyan şairdir", - deyə bildirib.

70-dən artıq şeir kitabının, yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olan Bəxtiyar Vahabzadə yaşasaydı, bu il ömrünün 90-cı ilinə qədəm qoyacaqdı. Amma tale bu azadlıq şairini bir göz qırpımında sevdiyi xalqının əlindən aldı.

Yaşa, Azadlıq carçısı!

Tarix
2015.02.13 / 09:56
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla