Yuxarı

Dünyanın ilk Anarı – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ilk Anarı – Axar TV

Bu gün Azərbaycanın sevilən yazarı Anarın 77 yaşı tamam olur.

Anar... Bu adı ədəbiyyatsız, ədəbiyyatı isə Anarsız təsəvvür etmək mümkün deyil. Bəziləri üçün o sevilən filmlərin senari müəllifi, bəziləri üçün Rəsul Rza və Nigar Rəfibəylinin oğlu, bəziləri üçünsə sadəcə xoşladığı, sevərək oxuduğu əsərlərin müəllifidir.

O, həm də "Anar" adının ilk daşıyıcısıdır.

60-cı illərdə ədəbiyyatımıza gəlişi ilə iz qoyan Anar yaradıcılığa erkən yaşlarında başlayıb. İlk dəfə 14 yaşı olarkən Şuşada Amerika həyatı haqqında pyes yazır. Anar sonradan öz xatirələrində yazacaqdı ki, məhz bu əsəri valideynlərinə oxuyandan sonra atası Rəsul Rza təəssüflə oğluna, "deyəsən sən də yazıçı olacaqsan", - deyib. Böyük şairin təəssüfü yeniyetmə oğlunun gələcəkdə qarşılaşa biləcəyi haqsızlıqlara bir işarə idi. Axı o, belə hallarla çox qarşılaşacaqdı.

Anar gənc yaşlarından sevildi, əsərləri əl-əl gəzdi. 60-cı illərin ədəbi həyatında bir canlanma, novatorluq məhz onun və onun ədəbi nəslinin sayəsində baş verdi. Sonralar bu ədəbi nəsil xüsusi olaraq fərqləndiriləcək, "altımışıncılar" adlanacaqdılar.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2015.03.14 / 10:27
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla