Yuxarı

“Bu kadrları efirə vermək olmaz” – Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu kadrları efirə vermək olmaz” – Video

ANS telekanalında yayımlanan "Evdəyik" verilişində qalmaqal yaşanıb.

Axar.az xəbər verir ki, aparıcı Ulvira Qarayevanın verilişdə qonaq qismində iştirak edən Elza Seyidcahanı "əməkdar artist" deyil, "maraqlı adam" kimi təqdim etməsi müğənnini özündən çıxarıb. Elza Seyidcahan aparıcıya iradını bildirərək verilişi yarımçıq tərk edib.

Əməkdar artist məsələ ilə bağlı Musavat.com-a danışarkən verilişlərdə qonaqlara hörmətsizlik edildiyini bildirib:

"Mən istəməzdim ki, bu olanlar efirə getsin. Etik qaydalara görə belə olayları efirə vermək olmaz. Efirlər artıq gizlədilməli olan şeyləri də efirə verərək reytinq qazanmağa çalışırlar. Birmənalı şəkildə bildirirəm ki, efirlərdə artıq milli dəyər deyilən amil qalmayıb.

"Əməkdar artist" fəxri adını mənə dövlət verib. Bu adı böyük çətinliklə, xeyli əziyyət çəkdikdən sonra alırıq".

Elza Seyidcahan bundan sonra verilişlərə çıxmaq istəmədiyini açıqlayıb:

"Bu cür olay mənə lazım deyildi... Özümə söz verib qarşıma şərt qoymuşam ki, bundan sonra cüzi də olsa hörmətsizliklə qarşılaşsam, heç bir söz demədən, şərh vermədən efiri tərk edəcəm. Artıq bir çox verilişdən uzaq durmağa çalışıram. Çünki bu cür verilişlərdə insanın abırı, isməti əldən gedir. Biz sənət adamıyıq, bizə belə şeylər yaraşmaz. Ya gərək həmin aparıcılarla dilləşəsən, ya da ki, verilişi tərk edəsən".

Tarix
2015.08.03 / 19:24
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla