Yuxarı

Ermənistan 2026-da Ordumuza bu şansı versə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan 2026-da Ordumuza bu şansı versə...

İlk baxışda bir qədər anormal görünən Nikol Paşinyan de-yure Ermənistanı xilas etməklə məşğuldur və böyük ölçüdə buna nail olub.

O, 2018-ci ildə hakimiyyətə gələndən sonra 2016-cı il aprel savaşının dayandırılması üçün Serj Sərkisyanın üzərinə götürdüyü öhdəliklərdən – işğal edilən ərazilərin azad edilməsi – yayınmağa çalışdı. Aprel savaşında Sərkisyan öhdəlik götürmüşdü, Rusiya isə zəmanətçi rolunda çıxış edirdi. Həmin vaxt rusyönlü hakimiyyətin Rusiyanın zəmanət verdiyi öhdəliyi yerinə yetirməmək fürsəti yox idi: Sərkisyan işğal edilən torpaqları qaytarmaqdan başqa yolu olmadığını görərək, hakimiyyəti Paşinyana ötürmüşdü.

Paşinyan Qərbin adamı sayılırdı və Ermənistana “alternativ” ortaya qoyma imkanı verə bilərdi: bir ümid yaranmışdı ki, Rusiya öhdəliyi yerinə yetirməyi tələb edirsə, Avropa Paşinyana əraziləri işğalda saxlamağa dəstək ola bilər.

Alınmadı və Paşinyan “Yeni müharibə və yeni ərazilər” (yeni işğal) siyasəti elan etdi, “dünyanı fakt qarşısında” qoymağa çalışdı, 2020-ci ilin iyulunda buna cəhd də edildi.

Yenə alınmadı və Azərbaycan Ordusunun misilsiz, sürətli hücumu ilə bu siyasət darmadağın oldu. Avropa Paşinyana lazım olandan da artıq dəstək göstərdi, Azərbaycana təzyiq etdi, ancaq rəsmi Bakının dəmir iradəsinə təsir etmək mümkün olmadı, üstəlik, Azərbaycan Ordusu tarixi missiyanı inanılmaz sürət və çevikliklə yerinə yetirdi.

Bunun ardınca isə yeni dünya nizamının qurulması prosesi sürətləndi, bu proses üçünsə əvvəlcə, əlbəttə ki, köhnə dünya nizamı tam dağılmalıydı.

Rusiya 24 fevral 2022-ci ildə köhnə dünya nizamına hücuma keçdi, güc faktoru önə çıxdı, köhnə nizamın dağıldığı, yeni nizamın hələ qurulmadığı bir anda “gücün haqqı” reallığı yarandı ki, məhz bu məqamda da Paşinyan tələsik Azərbaycanın ərazi bütövlüyünü tanıdı.

Paşinyanın 2022-ci ilin ikinci yarısından elan etdiyi bir şüar var: 29,743 kv.km əraziyə malik Ermənistanı rəsmiləşdirmək, tanıtmaq, “kupçasını” almaq.

Paşinyana kimsə başa saldı ki, Azərbaycanın rəsmən tanımadığı və ərazi bütövlüyünü qəbul etmədiyi Ermənistan indiki sərhədlərində mövcud olmaya bilər; yəni Cümhuriyyətin varisi olduğunu elan edən Azərbaycan AXC-nin ərazisinə iddia edə və “gücün haqqı”nın önə çıxdığı indiki vaxtda dünyanı real fakt qarşısında qoya bilər – 2021-ci ildə Türkiyə ilə “Şuşa Bəyannaməsi” imzalayan Azərbaycanın özünü sığortaladığı və NATO-nun ən güclü ikinci ordusunun himayəsinə girdiyini də bura əlavə etmək olar.

Ona görə Paşinyan “Real Ermənistan”ı qəbul etdirməyə tələsdi. Əgər Azərbaycana iddiaları davam etdirsəydi, ən pis halda Azərbaycan Ordusu Ermənistanın 30 km dərinliyində təhlükəsizlik zolağı yarada, ən yaxşı halda isə tarixi ərazilərini geri ala bilərdi.

Paşinyan Azərbaycan ərazisinə iddiadan əl çəkdi, işğal siyasətindən imtina etdi və Azərbaycandan Ermənistanın ərazisini tanımasını istədi. Paşinyan bu arzusuna nail oldu.

Yəni 2022-ci ilin 6 oktyabrı əslində Ermənistanın xilas günüdür!

...Bu gün Yerablurda anım mərasimi keçirilir, Ermənistan parlamenti 27 yanvarı “Vətən müdafiəçilərinin anım günü” elan edib, qeyri-iş günüdür. Və bu gün Yerablura gələn revanşistlər yenə də Qarabağa iddia irəli sürüblər, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Paşinyanı qınayıblar və bu siyasəti – Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini bir daha elan ediblər.

2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək. Doğrudur, revanşistlərin hakimiyyətə gəlmək ehtimalı zəifdir, hazırkı sorğulara görə, reytinqləri hakim Mülki Müqavilə Partiyasından çox aşağıdır. Ancaq revanşistlər – Serj Sərkisyan və Robert Köçəryan hakimiyyətə gələrsə və Paşinyanın imzaladığı sazişdən çıxarlarsa, Azərbaycana ərazi iddialarını yenidən siyasi talelərinə çevirərlərsə, Azərbaycan Ordusuna tarixi torpaqları qaytarmaq üçün böyük bir şans vermiş olarlar.

Azərbaycanın bu şansı qaçırmayacağını hamı bilir!

Tarix
2026.01.27 / 14:38
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Medianın sualına Həcinin “ata canı” andı…

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Ağayevin Paşinyana ermənicə “xoş gəlmək” arzusu...

Əli Həsənovun Aruzu söyüş-təhqirə keçdi

Sülh göyərçini, yoxsa sülh qaşqaldağı?

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Ravvinlər konfransı ləğv etdi – Bakı nələr itirdi?

Hacıbəyli Mehdiyevə görə həyəcanlandı və təhqirə keçdi

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla