İran türkləri İran mediasında, İran televiziyasında
yenidən təhqir edilmişlər. Bu, televiziyanın və ya jurnalistin
suçu, yanlışı deyildir, şovinist, cahil fars-molla rejiminin gizli
və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən
qaynaqlanır.
Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının
mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla
aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir dəfə olar,
iki dəfə olar... Amma İranda türklər min ildir təhqir olunurlar.
Riyakar və nankor Firdovsinin anti-türk "Şahnamə"sindən başlayaraq
bu günə qədər.
Türklərin Ərdəbildə eşşək, Tehrana getdikdən sonra adam olduğu
həqarətini yayan eşşəklərin karikaturası unuduldumu? Bəlkə türkləri
böcək şəklində təsvir edən təhqirlər yaddan çıxdı?
Yox bunlar unudulmayıb! Biz - sadəlövh, unutqan, hər şeyi
bağışlayan, özünə sayğı göstərməyən türklər - unutsaq da, bunların
şərəfsiz ideoloqları, ilhamverənləri unutmayıblar və bu işi hər gün
çeşidli yollarla davam etdirirlər.
Bəli! İranda türk bir daha aşağılandı, təhqir olundu, türklər
ayağa qalxdı. "Kanal 2" yalandan üzr istədi, kimsə cəzalandırıldı.
Bununla iş bitdimi?
Biz millət olaraq papağımızı qabağımıza qoyub nə vaxt
düşünəcəyik? Nə vaxt düşünəcəyik ki, axı biz niyə təhqir olunuruq?
Niyə İranda, İraqda, Suriyada, Gürcüstanda, Rusiyada, Avropada... -
hər yerdə incidilən, aşağılanan, təhqir edilən türkdür?
Sevməyənimiz çoxdur, bu bəllidir! Türkün dünyaya ağalıq elədiyi
yüzilləri unutmamışlar və onun öcünü alırlar... Bu da bəllidir!
Düşmən düşməndir və bunu heç vaxt unutmaq olmaz. İranın keçmiş
Dış İşləri bakanı Xərrazi yazanda ki, ermənilər bizim qan
qohumumuzdur, biz - İranda yaşayan türklər də bilməlidirlər ki, bu,
İran adlanan ölkənin rəsmi mövqeyidir, o, əhalisinin yarıdan
çoxunu, yəni bizləri yad, ermənini isə doğma sayır və həmişə olduğu
kimi son 25 ildə də bu siyasətini davam etdirir.
İranda rejimlər dəyişilir, şah gedir, molla gəlir və ya fars
gedir, türk gəlir; arvadbazlıqdan başı açılmayan şahları guya
gecə-gündüz ibadət edib, Allaha yalvaran ruhanilər əvəz edir, amma
İranın türk düşmənçiliyi azalmır. Əcəba, niyə? Əcəba, niyə bu
fiziki və mənəvi kötəklər bizi ayıltmır? Niyə biz başımızı qaldırıb
öz ləyaqətimiz haqqında düşünmürük? Əcəba, biz niyə bu qədər
qürursuz və hər şeyə boyun əyən olmuşuq? Bunu düşündükmü? Bunu hər
gün düşünürükmü? Bunu evimizdə, işimizdə uşaqlarımızla, ailəmizlə,
qohum-əqraba ilə, dostlarımızla, toplum olaraq hər gün düşünüb yol
axtarırıqmı? Axtarmırsansa və bu yolu bulmursansa, bu təhqirlər
davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq!
İranda 2500 ildən artıqdır bir İran-Turan davası gedir. Farslar
bunun bilincini daşıyırlar, bunu öz egitim və tərbiyə sistemlərinin
mayasına yerləşdiriblər. Əmisi uşaqları olan ermənilər kimi. Bəs
biz? Biz bu 2500 illik gizli-açıq savaş haqqında nə bilirik? Heç
nə! Çünki min ildir İranda bizi təhqir edən "Şahnamə" farslarla
yanaşı türklərin də masaüstü kitabı olub, fars onu qürurla oxuyub,
biz şüursuzcasına, müqavimətsiz, ölü bir seyrçi ruhla və ya
ruhsuzluqla...
Türklər növbəti dəfə təhqir olundu! Pah! Burda sizi incidən,
danışmağa məcbur edən nə var ki?! Türk İranda tarix boyu təhqir
olunub. Hər gün təhqir olunur. Dövlətin başında türk şahlar
dayananda da təhqir olunurdular, bu gün türk ali dini rəhbər
dayananda da təhqir olunurlar.
Farsın yanaşması, yeri bəllidir. O, Keyxosrovun, Firdovsinin,
Pəhləvinin nəslidir... 2700 il öncə Alp Ər Tonqanı xəyanətlə, qonaq
çağırıb, süfrə başında, dostluqdan danışa-danışa, kişiyə yaraşmayan
şəkildə zəhərləyib öldürmüşdülər.100 il öncə də Səttar xanla Bağır
xanı al dil ilə aldadb Tehrana aparıb, orda məhv etmişdilər...
Min illər ərzində nə dəyişilib ki! Niyə həmişə aldanan, inanan,
düşmənçilikləri unudan, hər itə-qurda boyun əyən biz olmalıyıq? Biz
heç dəyişməmişik! Amma fars 2500 il ərzində çox dəyişilib... 2500
il əvvəl onların heyvandan, yəni böcəkdən, tualet həşaratından,
eşşəkdən heç bir fərqləri yox idi. At demirəm, çünki atlar öz
analarını, bacılarını tanıyır və onlara yaxınlaşmırlar, amma Dara
dövründə fars ana-bacı bilməzdi, ata qızıyla, bacı qardaşıyla, oğul
anasıyla yaşayardı və oğraş sözünün yaradıcısı da onlardır.
Amma bu bir tarixdir. Tarixi qoyuruq bir kənara. Farslarla da
işimiz yox! Böyüklərimiz demiş: Yağı düşmən dost olmaz! Bəs biz?
Bizim özümüz? Bizim heç günahımız yoxdur? Fars sayca bizdən az
ola-ola İranın hakim xalqına çevrilib, hər şeyi farslaşdırır,
türkün bütün mədəniyyətini Persiyanın adına yazır... Qardaşlarım,
bu, təhqir deyil? İranda minlərlə ailə türk kimliyini unudaraq
özünü fars kimi aparır, uşağına ana dilini öyrətmir, türkcə
danışmağı özünə sığışdırmır. Bu, təhqir deyil? Türk milli kimliyini
unudanların sayı-hesabı yoxdur... Bu, təhqir deyil? Türkcə məktəb
yox, universitet yox və on milyonlarla türk buna dözür... Bu,
təhqir deyil?
Böyük, şərəfli Türk bu gün İranda, gəlmə farslardan çox-çox
öncədən onun ana yurdu olan bu torpaqda uşağına ana dilində ad verə
bilmir, dükanına, bazarına yad adlar qoyur... Bu, təhqir deyil?
Güney Azərbaycan torpaqları üstündən hər gün Qarabağı işğal
edib, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir,
İrəvan bazarları İrandan gedən azəri türkləriylə doludur... Bu,
təhqir deyil?
İrandan köçüb Avropaya gedən, dünyaya yayılan Güney azərbaycanlı
qardaşlarımız farsın təsiri olmayan yerlərdə də öz uşaqlarıyla
farsca danışırlarsa, bu, təhqir deyil?
Yox,məncə bu, farsın təhqirindən daha ağır təhqirdir! Özünə
sayğı göstər ki, başqası da göstərsin!
Böcək, uzunqulaq... Belə bənzətmələrlə bizi təhqir edənlər öz
kimliklərini göstərirlər. Bu yolla yatmış milləti oyadır, öz
qəbirlərini qazırlar. Özümüzə, kimliyimizə, dilimizə, torpağımıza,
tariximizə, valığımıza, dəyərlərimizə, biri- birimizə, türk olmaq
şərəfinə sahib çıxmamaqdır ən böyük təhqir... Buna son qoymasaq, öz
sonumuzu gətirəcəyik... Bizi sevməyənlərə min lənət!
Allah türkü və Azərbaycanımızı qorusun!