Yuxarı

Vasif Talıbov da Bayraq Meydanı tikdi – Özəl/Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov da Bayraq Meydanı tikdi – Özəl/Fotolar

Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən tikintisinə başlanılan Bayraq Meydanı artıq tamamlanmaq üzrədir.

"Axar.az"ın məlumatına görə, Bayraq Meydanı Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınıb. Podratçı "Dizayn" MMC-nin şirkətidir.

Meydanda ilkin mərhələdə 5 hektardan artıq ərazidə torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında səkkizguşəli bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Bayraq Muzeyi üçün inşa olunan binanın ətrafı səkkizguşəli ulduzu birləşdirən klassik üslublu sütunlarla bəzədilib, yerə üzlük mərmər və qranit lövhələr döşənib. Muzey binasının ətrafında dizayn işləri aparılıb, ətrafda abadlıq işləri görülüb, işıqlandırma sistemləri quraşdırılıb.

Bayraq Meydanının yaxınlığında salınan Fəxri Xiyabanda torpaq işləri görülüb, 10-dan çox terras yaradılıb.

Xəbərdə bildirilir ki, Bayraq Meydanının tikintisində son tamamlama işləri aparılır. Meydanın 9 noyabrda, Bayraq Günündə açılması planlaşdırılır. Açılışda Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Tarix
2013.11.04 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

Simonyan Bakıya mümkün səfəri barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla