Yuxarı

General Dunford: “Hulusi Akar 2 dəfə mənə zəng etdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford ötən gün mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, Baş Qərargah rəisi Türkiyədə baş verən dövlət çevrilişinə cəhdə toxunaraq hadisənin ABŞ generalı Con Kempbell tərəfindən idarə olunduğuna dair yayılan xəbərlərə münasibət bildirib:

"O xəbəri gördüm. Ordu generalı Kempbellin cavabını da gördüm. Başqa gözəl cavab verə bilərdimi, deyə bilmərəm. General Kempbellin belə bir işin içində olduğunu demək absurddur. O, mənim dostumdur və hazırda bir çox iş gördüyünü, bunların arasında Türkiyədə çevriliş planlaşdırmaq olmadığını bilirəm. Bu xəbərin haradan gəldiyini həqiqətən bilmirəm".

Hərbi çevrilişə cəhdin başda İŞİD-lə mübarizə olmaqla iki ölkə arasında hərbi əməkdaşlığa təsir etməyəcəyini deyən Dunford məsələ ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın ötən həftə ona iki dəfə zəng etdiyini qeyd edib.

Xatırladaq ki, Türkiyədə qiyamı hazırlayan və idarə edən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbellin də olduğu iddia edilib.

Məlumata görə, o, hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edib, həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, general Kempbell çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib.

Məlumatlar yayıldıqdan sonra ABŞ-ın "Vol Strit Jurnal" qəzetinə açıqlama verən Kempbell bu iddiaların əsassız olduğunu deyib:

"Bu, tamamilə axmaqlıqdır. Buna cavab verməyə belə ehtiyac yoxdur".

Tarix
2016.07.27 / 10:36
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla