Yuxarı

Milli kinomuzun 118 yaşı tamam oldu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli kinomuzun 118 yaşı tamam oldu - Video

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Axar.az xatırladır ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.

Azərbaycan kinosunun tarixi-inqilabi janrına qısa bir nəzər salaq:

S.Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilən "Yeddi oğul istərəm" (1970) filmi 20-ci illərin komsomolçularına həsr olunub. "Səmt küləyi" (1973) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə studiyası ilə birgə yaradılan ilk əsərdir. "Axırıncı aşırım", "Qatır Məmməd" (1974) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "O birigün gecə yarısı", "Atları yəhərləyin", "İşarəni dənizdən gözləyin" filmləri də tarixi mövzulardadır.

"Nəsimi" (1973) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapıb. "Dədə Qorqud" (1975) filmi poetikliyi ilə fərqlənir. "Babək" filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilib. "Nizami" (1982) filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılıb.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da böyük önəm verilib. "Bir qalanın sirri", "Sehirli xalat", "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "Əzablı yollar", "Gəmi saatının sirri", "Qaladan tapılan mücrü" filmlərini uşaqlar üçün nəzərdə tutulmuş filmlər kimi göstərə bilərik.

1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi ("Əlaqə") yaradılıb.

Qeyd edək ki, Milli Kino Günü ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.

Tarix
2016.08.02 / 16:44
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev Vaşinqtona dəvət edildi

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

Takaiçi tarixi qələbə qazandı - 80 ildən sonra ilk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla