Yuxarı

Kubanın məşhur ansamblı Qəbələdə

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kubanın məşhur ansamblı Qəbələdə

Səkkizinci Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.

Axar.az xəbər verir ki, avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq havadakı səhnədə Kubanın "Jovenes Clasikos Del Son" ansamblının konserti olub.

Konsertdə məlumat verilib ki, "Jovenes Clasikos Del Son" ansamblının əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət ansambl Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər.

Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan "Jovenes Clasikos Del Son" ansamblının möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Səhnədə interpretasiya gücü ilə seçilən "Jovenes Clasikos Del Son" qrupu konsertdə insanları rəqs etməyə sövq etməyi bacarıb.

Tarix
2016.08.02 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla