Yuxarı

Saday Şəkərlinin cəzası azaldıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saday Şəkərlinin cəzası azaldıldı

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli barəsində olan hökmdən şikayətə baxılıb.

Bu barədə Report-a şairin vəkili Bəhruz Bayramov məlumat verib.

Qərara əsasən, S.Şəkərlinin itiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub. Onun cəzası 10 ildən 5 ilə endirilib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2016.08.03 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla