Yuxarı

“Tayms”ın üz qabığında görünən lider devrilir – Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tayms”ın üz qabığında görünən lider devrilir – Şok iddia

Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin professoru Gökhan Bolat maraqlı iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, professor İngiltərənin nüfuzlu "Tayms" jurnalının üz qabığında fotoşəkli çıxan siyasi liderlərin ölkəsində hərbi çevriliş olduğunu deyib:

"Məsələn, 1952-ci ildə İranın keçmiş baş naziri Məhəmməd Musəddiqə qarşı "Ayaks əməliyyatı" keçirildi və devrildi. Onun şəkili 1 il əvvəl bu jurnalın üz qabığında çıxmışdı.

Bağdad Paktının qurulmasında əsas rolu olan Türkiyənin o dövrdəki baş naziri Adnan Məndərəs 1958-ci ildə "Tayms" dərgisinin üz qabığına çıxdı. İki il sonra çevriliş oldu və asıldı.

Sonrakı vaxtlara baxdıqda, İraqın devrilmiş lideri Səddam Hüseynə bu dərginin üz qabığında yer verilib. 2003-cü ildə tutuldu, 2006-cı ildə edam edildi.

Məhəmməd Mursi də 2012-ci ildə "Tayms" jurnalının üz qabığında göründü və yaxın Şərqin ən güclü lideri elan edildi. Lakin bir il keçməmiş Misirdə məlum hadisələr baş verdi və Mursi indi həbsxanadadır.

Prezident Rəcəb Tayyib Ərdoğan da 2011-ci ildə "Tayms" jurnalının üz qabığında çıxıb və internet vasitəsi ilə keçirilən sorğularda ilin adamı seçilib. İki il sonra - 2013-cü ildə 17-25 dekabr hadisələri baş verdi. Bunu uğurla başa çatdıra bilmədikləri üçün 15 iyul (2016) dövlət çevrilişinə cəhd baş verdi, amma yenə bacarmadılar".

Tarix
2016.08.03 / 15:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla