Yuxarı

Bramsın əsərləri Qəbələ festivalında - Foto/Yeniləndi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bramsın əsərləri Qəbələ festivalında - Foto/Yeniləndi

20:23

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar daha bir dünya şöhrətli orkestrin konsertini izləmək imkanı əldə ediblər.

Axar.az xəbər verir ki, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən Ukraynanın "Kiyev virtuozları" Kamera Orkestrinin konserti böyük marağa səbəb olub.

Musiqi festivalının bədii rəhbəri, "Kiyev virtuozları" Kamera Orkestrinin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestri pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Humanitar Elmlər Akademiyasını akademiki, dünya şöhrətli pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşayiət edib.

Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin əsərləri səsləndirilib.

21:53

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ukraynanın "Kiyev virtuozları" Simfonik Orkestrinin konserti olub.

Axar.az xəbər verir ki, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə keçirilən konsertdə bəstəkar İohann Bramsın əsərləri səsləndirilib. Bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən konsertdə violonçeldə "Kiyev virtuozları" Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski, violində İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman ifa edib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Tarix
2016.08.03 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla