Yuxarı

Gürcüstanda iki soydaşımız namizəd oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda iki soydaşımız namizəd oldu - Foto

Bu gün Rustavi şəhərində keçirilən toplantıda 8 oktyabr parlament seçkilərində majoritar qaydada seçkilərdə iştirak etmək üçün "Gürcü Arzusu-Gürcüstan" siyasi birliyi tərəfindən irəli sürülən namizədlərin təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze açaraq "Gürcü Arzusu-Gürcüstan" siyasi birliyinin uğurlarından söhbət açıb. O, parlament seçkilərinə azərbaycanlıların da qatıldığını, azərbaycanlıların daima Gürcüstanın dövlətçiliyinə sadiq qaldıqlarını və ölkəyə ləyaqətlə xidmət etdiklərini bildirib.

Təqdimat mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də çıxış edib. "İnanıram ki, biz birlikdə olacağıq və Gürcü Arzusu-Gürcüstan" siyasi birliyi qələbə əldə edəcək. Bu qələbə hər bir ailənin rifahını yüksəldəcək", deyə baş nazir qeyd edib.

Tədbirdə parlament seçkilərində iştirak etmək üçün 8 namizəd təqdim edilib, onlardan 2-si azərbaycanlıdır. "Gürcü Arzusu-Gürcüstan" siyasi birliyi tərəfindən baş nazirin köməkçisi olan Savalan Mirzə oğlu Mirzəyev Qardabani rayonundan, Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Alı oğlu Hacıyev isə Marneuli rayonundan majoritar deputatlığa namizəd göstəriliblər.

Tədbirdə həmçinin bölgənin Rustavi, Dmanisi, Zalqa, Bolnisi və Tetri Skaro rayonlarından deputatlığa namizədlər təqdim olunub.

Tarix
2016.08.04 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla