Yuxarı

Gülən ruhi xəstəxanada yatıb - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülən ruhi xəstəxanada yatıb - İddia

FETÖ lideri Fətullah Gülənin 1976-ci ildə Manisa vaizi olarkən Manisa Ruhi Psixiatrik Xəstəxanasında yatdığı iddia edilib.

Axar.az Taymtürk-ə istinadən xəbər verir ki, Fətullah Gülən İzmir vaizi təyin edildikdən sonra Manisaya maraq göstərib və buradakı vaizilərlə əlaqə yaradıb.

Bu əlaqələr vasitəsilə təşkilatın yaradılması istiqamətində ilk addımını atdığı bildirilir. Daha sonra Ədrəmit vaizi təyin edilən Gülən regiondan ayrılmaq istəməyib və qısa müddətdə (1974-ci ildə) Manisa vaizi təyin edilib.

Muradiyə məscidində vaizlik edən Gülən Manisada təşkilatını yaratmağa başlayıb.

FETÖ liderinin o illərdəki fəaliyyətindən bəhs edən yazar Süleyman Yaşılyurdun "Pensilvaniya Canbazı" adlı kitabında bəzi detallar açıqlanıb. Belə ki, Gülənin Manisa vaizi olarkən İzmir Qala Məscidinə təyinat almaq istədiyi, ancaq buna nail ola bilmədiyi üçün stress yaşadığı iddia edilib.

Xəstəxanada bir ay müalicə alan Gülənin durumunun yaxşılaşması üçün İzmir Bucaya vaiz təyin edildiyi də kitabda qeyd edilib.

Tarix
2016.08.04 / 01:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla