Yuxarı

Yeni antibiotik aşkarlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni antibiotik aşkarlandı

Bakterial infeksiyaların müalicəsi metodunun axtarışları zamanı alimlər tərəfindən yeni antibiotik aşkarlanıb.

Axar.az xəbər verir ki, həyata keçirilən analizlər təxminən insanların 30 faizinin burun boşluğunda qızılı stafilokokkun bakteriyalarının yaşadığını göstərib.

Qeyd edək ki, bu bakteriyanın antibiotiklərə qarşı ən dayanıqlı olan metisillin-rezistent qızılı stafilokokk növü bütün dünyada sağlamlıq üçün böyük təhlükə daşıyır. Bununla yanaşı, alimlər burun boşluğunda yaşayan Staphylococcus lugdenensis adlı başqa bakteriyaya da rast gəliblər. Onlar iddia edirlər ki, məhz bu bakteriya öz antibiotikini ifraz edərək bəzi insanlarda stafilokokkun yayılmasının qarşısını alır.

Tyubinqen Universitetinin mikrobioloq alimi Andreas Peşel və onun həmkarları "luqdunin" adlandırdıqları bu yeni antibiotiki qızılı stafilokokka yoluxmuş gəmiricilər üzərində testdən keçirərək uğurlu nəticə əldə ediblər. Onlar antibiotikin bakteriya ilə səmərəli mübarizə apardığını müəyyənləşdiriblər.

Tarix
2016.08.04 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla